Məktəbdaxili qiymətləndirmələr rəqəmsallaşdırılır — FOTOLAR

SOSİAL 11 noy 2022, 18:16
Ötən tədris ilindən pilot olaraq tətbiqinə başlanılmış məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesi davam edir. 2021-2022-ci tədris ilindən fərqli olaraq cari tədris ilində kiçik summativ qiymətləndirmələrin də rəqəmsal təşkilinə başlanılıb. 

Demokrat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının  artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında  və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir. 

Qeyd edək ki, ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilərlər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib. 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top