ŞOK! İkinci Dünya müharibəsində yaralanan kişi 70 il boynunda güllə gəzdirib — FOTO

MARAQLI 10 noy 2022, 23:19
Baş və boyun ağrıları ilə xəstəxanaya gedən 95 yaşlı kişi həkimləri şoka salıb.


Demokrat.az "TGRT haber"ə istinadla xəbər verir ki, uzun müddətdir baş və boyun ağrılarından şikayətlənən 95 yaşlı Zhao He xəstəxanaya gedir. 

İlkin müayinələrdən sonra kişi rentgenə göndərilir. Rentgen nəticələrinə baxan həkimlər Henin boynunda gördüklərindən dəhşətə gəlirlər. 

Onun boynunda güllə aşkarlayan həkimlər vəziyyətlə bağlı pasiyentə məlumat verirlər. Bu zaman maraqlı faktlar aşkara çıxır. Məlum olur ki, həmin güllə 70 ildən çoxdur Henin boynunda qalıb. 

Belə ki, İkinci Dünya muharibəsində yaralanan kişi o gündən bu yana boynundakı həmin güllə ilə yaşayıb.

Məlumat üçün bildirək ki, Zhao He 25 yaşında İkinci Dünya müharibəsindən iştirak edib və hazırda onun 95 yaşı var.

Məsələ ilə bağlı açıqlama verən Zhaonun kürəkəni bildirib ki, qayınatası müharibə zamanı bir çox güllə yarası alsa da, o, bunlardan xəbərsizdir

Yaşına görə əməliyyatın riskli olduğunu bilən kişi ölənə qədər bu mərmiylə yaşayacağını deyib.



Arzu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top