"Heç kim sevinməsin, meydan həmişə onun olacaq” — Samirə Yusifqızı

KRİMİNAL 09 noy 2022, 16:46
“Kaş ki, bu hadisə olmazdı. Rəşad elə oğul deyil, bir işdi başına gəlib. Rəşadı tək qoymayacağıq. Heyif ki, Rusiyadayam, yoxsa eşidən kimi evlərinə gedərdim”.

Bunu meyxanaçı Rəşad Dağlının törətdiyi qətl hadisəsi ilə bağlı Samirə Yusifqızı Yenicag.az-a açıqlamasında deyib.

O, baş verən hadisədən sarsıldığını bildirib:

“Bu xəbərdən sarsıldım. Meyxananın əjdahaları dünyasını dəyişib. Bu gün Rəşad meydanda ən güclü söz ustadıdır. Bu hadisəyə sevinənlər də olacaq… Dəmir barmaqlar arasında olduğunu görüb özlərini meydanda şah kimi hiss edənlər olacaq, amma meyxananın şahı elə Rəşad Dağlıdır. Heç kim sevinməsin, inşallah ki, tezliklə Allah qapısını açar, hər şey yoluna düşər. Rəşad gözəl ürəyi olan dost, əvəzolunmaz meyxana xiridarıdır, meydan həmişə onun olacaq”.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib. O,  1979-cu il təvəllüdlü İsgəndər Mehtiyevi bıçaqlayaraq öldürüb.

Hadisəni törətdikdən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etiraf edib. Mübahisəyə səbəb İsgəndər Mehtiyevin meyxanaçıya zəng edərək söyüş söyməsi olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top