İkinci əl avtomobillərin qiyməti bahalaşdı — VİDEO

SOSİAL 09 noy 2022, 15:30
Avropada ikinci əl avtomobil bazarında kəskin artım müşahidə edilir. Avropadakı bahalaşma Azərbaycana da təsirsiz ötüşmür.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil bazarları üzrə araşdırmaçı Sərxan Qədirov deyib ki, həm Avropadan sifarişlə gətirilən, həm də daxili bazarda satılan ikinci əl nəqliyyat vasitələrinin qiyməti xeyli artıb.

Onun sözlərinə görə, bahalaşma həmçinin hibrid və elektromobillərdə də özünü göstərir. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, ikinci əl nəqliyyat vasitələrinin qiymətinin artması həmin maşınların istehsalının azalması ilə bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top