Şəhid anası yol qəzasında ağır yaralandı

HADİSƏ 09 noy 2022, 12:05
Hacıqabulda baş verən qəzasında 6 nəfər xəsarət alıb.

Demokrat.az
“Report”a istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KİA” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1999-cu il təvəllüdlü Abıyeva Nuray Malik qızı, onun qardaşı, 2008-ci il təvəllüdlü Abıyev Nihad Malik oğlu, 1996-cı il təvəllüdlü İbrahimov Elmar Səyyad oğlu, 2000-ci il təvəllüdlü Hüseynəliyeva Aidə Azər qızı, 1973-cü il təvəllüdlü Salmanova Şahnaz Mürsəl qızı və Laçın rayon sakini, şəhid anası, 1955-ci il təvəllüdlü Abışova Nənəxanım Səfər qızıdır.

Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Şəhid anası N, Abışovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top