“İran öz silahlarını Rusiya silahı adı və markası altında ermənilərə verir” — ŞOK AÇIQLAMA

SİYASƏT 08 noy 2022, 14:32
“Rusiyanın İran üzərindən Qarabağa silah daşıması yeni fakt deyil. Azərbaycan torpaqlarının işğal altında qaldığı bütün dövr ərzində İran Rusiya ilə birlikdə ermənilərin yanında olmuş və Qarabağdakı separatçıları silah-sursat, ərzaq və yanacaq materialları ilə təmin etmişlər. Müzəffər ordumuzun şanlı qələbəsindən sonra bura İran və Rusiyanın müdaxiləsi ciddi surətdə azalmış və onlara etdikləri əməllərin qanunsuz olduğu başa salınmışdır. Bütün bunlara baxmayaraq həm Rusiya, həm də İran əvvəlki pozucu əməllərindən əl çəkmir, yenə də erməni separatçılarını yemləyirlər. Bu da onların Azərbaycana qarşı nifrətindən və regionda baş verən prosesləri həzm edə bilmədiklərindən irəli gəlir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistanı nüfuz dairəsində saxlamaq üçün bütün vasitələrdən istifadə edir və İranda onunla birlikdədir.

 “İran Rusiyanın hər hansı bir bəhanə altında bölgədə qalmasında elə Rusiya qədər, bəlkə də ondan artıq maraqlıdır. Buna görə də onların birlikdə Qarabağda ilişib qalan erməni tör-töküntülərinə silah göndərməsində təəccüblü bir şey yoxdur. Amma maraqlısı budur ki, Rusiya Ukraynada apardığı müharibə nəticəsində üzləşdiyi silah və sursat qıtlığını İranın köməyi iə aradan qaldırmağa cəhd etdiyi halda erməniləri təchiz etmək üçün silahları haradan tapır? Məntiqlə belə düşünmək mümkündür ki, İran ermənilərə heç də Rusiyanın göndərdiyi silahları çatdırmır. O öz silahlarını Rusiya silahı adı və markası altında ermənilərə verir. Son dövrlər ermənilərin İran səfərləri zamanı bağlı qapılar arxasında aparılan müzakirələr bunu deməyə əsas verir. Biz bütün dünya ictimaiyyətinin Rusiyaya silah verdiyinə görə İranın günahlandırdığı bir vaxt onların bu sahədə ermənilərlə iş birliyini də ictimailəşdirməli və Rusiya-İran-Ermənistan hərbi əməkdaşlığına diqqət çəkməliyik!”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top