Rusiyada cinayət törətmiş şəxslər artıq cəbhəyə göndəriləcək
Demokrat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin adam öldürmə, oğurluq, narkotik kimi cinayətlərə görə məhkum olunmuş şəxslərin qeydiyyata alınaraq müharibə zamanı cəbhəyə göndərilməsi ilə bağlı fərman imzalayıb.
Qeyd edək ki, cəbhə xəttində ağır itkilər verən Rusiya son aylarda ölkədə qismən səfərbərlik elan etmişdi. Rəsmi şəxslərin verdiyi açıqlamalara görə, hərbi xidmətə çağırılanların sayı 200 minə çatıb Lakin bir çox Rusiya vətəndaşı da səfərbərlik zamanı hərbi xidmətə çağırılmaqdan imtina edərək ölkəni tərk edib. Digər tərəfdən, müharibə hər keçən gün bir az daha artır. Xüsusilə də Rusiya döyüş təyyarələri son günlər paytaxt Kiyevdə hücumları ilə şəhərin infrastrukturuna zərbələr endirir.
Jalə
Demokrat.az