Misir Mərdanov Əli İnsanovun Prezidenti dəstəkləməsindən DANIŞDI: “Digərləri də nəticə çıxartmalıdır”

GÜNDƏM 07 noy 2022, 12:48
Xəbər verdiyimiz kimi, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Azərbaycan Prezidentinin apardığı siyasi kursu dəstəkləməsi ilə bağlı fikirlər səsləndirib. O, qeyd edib ki, sədri olduğu partiya Prezident İlham Əliyevi dəstəkləmək qərarına gəlib. 

Bununla bağlı sabiq təhsil naziri Misir Mərdanov Demokrat.az-a fikirlərini bölüşüb:

“Əli İnsanov bu gündən sonra Azərbaycan Prezidentinin apardığı siyasi kursu dəstəkləyirsə, bu çox yaxşıdır. Mən həmişə dəstəkləmişəm, bu gün də dəstəkləyirəm, gələcək də dəstəkləyəcəm. Prezidentin siyasətini dəstəkləyən adamlar haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm. Bu, çox yaxşı addımdır və onun bu addımını müsbət hesab edirəm. Digərlərinin özləri də nəticə çıxartmalıdır. Düşünürəm ki, hər kəsin özü sonda nəticə çıxara bilər və bu, onların özlərindən asılıdır”.

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top