“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeronda ağacəkmə aksiyası keçirilib — FOTOLAR

SOSİAL 07 noy 2022, 00:22
Zəfər Günü münasibəti ilə Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə və təşkilatlar, şəhid ailələri və qazilər, gənclər, könüllülər və rayon ictimaiyyəti fəal iştirak ediblər.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkından başlanan aksiyada şəhid ailələri və qazilərlə birgə kənd və qəsəbələrdə müxtəlif növ ağac və gül kolları əkilib.
Aksiya çərçivəsində Abşeronun müxtəlif ərazilərində ümumi sayı 4400 ədəd olmaqla, əsasən də çinar, Eldar şamı, kiparis, sərv, evkalipt, zeytun və digər həmişəyaşıl ağacın əkilməsi həyata keçirilib.
Bundan əlavə, rayonda ümumi iməclik həyata keçirilib, o cümlədən kənd və qəsəbələrdə olan Şəhid Xatirə Komplekslərinin ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar salınaraq gül-çiçək əkilib.

 






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top