Xaçmaz-Xudat yolunda qəza oldu, 5 nəfər xəsarət aldı

HADİSƏ 06 noyabr 2022, 00:30
Xaçmaz rayonu Hacı Zeynalabdin Tağıyev küçəsində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü və 4 nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar polis əməkdaşlarının köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top