Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

İDMAN 05 noyabr 2022, 20:29
"Bütün görüşlər çətindir. Zədələrim, problemlərim var idi".

"Report"un məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Bakıda keçirilən Dünya Kubokunda macarıstanlı Zoltan Levaiyə 8:1 hesabı ilə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Uzun müddət döşəkdən kənarda qaldığını xatırladan idmançı Son 3-4 gündə formaya düşmək üçün məşq etdiyini bildirib: "25 gün öncə qabırğam sınmışdı. Ümumiyyətlə, bu, ayrı-ayrı vaxtlarda 3-cü belə zədədir. Ağrıkəsici ilə güləşdim, yenə xeyri olmadı. Hansısa fəndin icrası zamanı zədə məni incidir".

Süleymanov son saniyələrdə tətbiq etdiyi baxımlı fənddən də söz açıb: "Rəqibi tutmaqdan çox şey asılıdır. Elə bir an oldu ki, fəndi tətbiq etdim və ağrını fikirləşmədim. Fənd kifayət qədər effektiv alındı".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top