Tibbi maskalarla bağlı QƏRAR

GÜNDƏM 05 noy 2022, 20:16
Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materialların idxal gömrük rüsumundan azad edilmə müddəti artırılıb.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar 31 dekabr 2024-cü ilə qədər idxal gömrük rüsumundan azad edilir. Bundan əvvəl bu müddət 31 dekabr 2022-ci il tarixinədək olan dövrü əhatə edirdi.
Eyni zamanda, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorların idxal gömrük rüsumundan azad edilmə müddəti də daha 2 il artırılır.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2022, 22:56
Top