"Mən Anara ağaclar kimi inanırdım..." — İradə İsak Xalq yazıçısından yazdı

SOSİAL 05 noy 2022, 17:00

Teleaparıcı İradə İsak Xalq yazıçısı Anarla bağlı paylaşım edib.

Demokrat.az
xəbər verir ki, o, bununla bağlı feysbukda status yerləşdirib.

“Hələ dünyanın düz vaxtı idi. Əkrəm Əylislinin də yaxşı vaxtları idi. Hardasa 12 yaşım filan vardı. TV-də soruşdular ki, yanıldığınız dostlarınız oldumu?Dedi, Anar. Mən Anara ağaclar kimi inanırdım. Anarda yanıldım. Necə ki, əmin idim ki, hər bahar ağaclar yaşıllaşacaq, qışda yarpaqlarını tökəcək, heç vaxt fitrətini dəyişməyəcək. Yəni ağac dəyişməyəcək. Yəni Anar dəyişməyəcək. Amma Anar ağaclar qədər ola bilmədi. Mən Anarı belə tanıdım. Anamdan Anarın kimliyini soruşdum. O vaxt da çox dəbdə olan kitabı yeni nəşr olunmuşdu. “Dünya bir pəncərədir” idi adı. Anam da yeni almışdı. Dedi, al, oxu, tanış ol, tanı. Oxudum da, bəyəndim də. Sonra başqa kitablarını da oxudum. Amma sonda Əkrəm haqlı çıxdı, nə olsun. Hamı Anara inandı, hamı da aldandı”, - deyə, İsak bildirib./ olay.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top