Siyavuş Novruzovdan Əli İnsanova REAKSİYA: Digərləri də üzr istəyəcək...

GÜNDƏM 05 noyabr 2022, 17:31
"Bu gün Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatların hamısı və bütövlükdə Azərbaycan xalqı ölkə prezidentinin apardığı siyasəti dəstəkləyir. Xalq da, digər bir sıra siyasi təşkilatlar da ölkə prezidenti ilə birlikdədir, bir yerdədir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun Azərbaycan Prezidentinin apardığı siyasi kursu dəstəkləməsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Deputat Siyavuş Novruzov bildirib ki, Haqq və Ədalət Partiyasının belə bir qərar verməsi elə haqqın, ədalətin dəstəklənməsi kimi qiymətləndirilməlidir:

"Hesab edirəm ki, digər bir neçə partiya da gec-tez başlarında olan rəhbərləri qovacaqlar. Bundan sonra həmin partiyalar bu yolu tutacaqlar. Anti-milli Şura və bu qəbildən olan siyasi qurumlar, Əli Kərimli və onun ətrafına yığışan üç-beş nəfər də digərləri kimi əvvəl-axır gəlib üzr istəyəcəklər. Etdiklərinə görə peşman olduqlarını söyləyəcəklər. Heydər Əliyev siyasi kursunun düzgün, uğurlu olduğunu, prezident İlham Əliyevin də onu çox uğurla həyata keçirdiyini vurğulayacaqlar".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top