“Kişi ikinci dəfə evlənirsə, günahkar birinci xanımıdır” — Şəbnəm Tovuzlu

ŞOU-BİZNES 05 noy 2022, 15:18
"Qadın sevməsə, heç kimdir. Nə qədər varı, pulu olsa da, mükəmməl, məşhur olsa da, sevməsə, xoşbəxt deyil…”

Demokrat.az
xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu deyib.

"MTV Azərbaycan"a qalmaqallı açıqlamalar verən ifaçı müzakirələrə səbəb olub:

“Bəzən qınayırlar ki, kişi ikinci dəfə ailə qurur, qadın ayrıldı. İnsan həyatında nə olacağını bilmir. Adam ikinci sevgisini tapırsa, heç kim nə isə deyə bilməz. Bir kişinin ikinci dəfə ailə qurmasını istəmirlərsə, ərlərinə daha çox sevgi göstərməyi, qadın olmağı bacarsınlar.

Kişi ikinci dəfə ailə qurmağı seçməsin. Kişilər nə istəyir? Sığal, nəvaziş, oturub bir yeməyi qadınla ləzzətlə yeməyi istəyir. Kişi qulluq sevir, ilk özünü düşünür. Bir evdə kişi ikinci dəfə ailə qurursa, səbəbkar ikinci yox, birinci qadındır”. 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top