“Naxçıvanın statusunun ləğvi ilə bağlı iddialar ola bilməz, dəyirmanı bulandırmayın” — Siyavuş Novruzov

DAXİLİ SİYASƏT 05 noy 2022, 12:52
“Ölkəmizdə erməni təbliğatına uyanlar, ona xidmət edənlər var. Son zamanlar Naxçıvan Muxtar Respublikasının statusunun ləğv edilməsi ilə bağlı iddialar var.”

Demokrat.az
xəbər verir ki, bu barədə bu gün Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

“Belə sözləri deyənlər Ermənistanın dəyirmanına su tökənlərdir. Azərbaycan prezidenti hazırda Şərqi-zəngəzur bərpa edərkən, belə ifadələr haradan çıxır bilmirəm. Bu məsələləri deyənlər Fransada, başqa yerdə maliyyələşənlərdir. Naxçıvanın statusunun ləğv edilməsi ilə bağlı iddialar ola bilməz, onun təhlükəsizliyi üçün 5 ölkə tərəfindən müqavilə bağlanıb. Naxçıvan Türkiyə ilə sərhəddədir, onun təhlükəsizliyi əsas məsələdir. Bunun statusunun ləğv ediləmsi bizə nə verəcək? Dünyanın əksər yerində belə bir şey var ki, ölkə ərazisində status alıb, bu, milli statusdur və ümumilli lider tərəfindən təsdiqlənib. Belə məsələləri ortaya atıb dəyirmanı bulandırmayın”, - deyə deputat vurğulayıb. /Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top