“Qadınlara qarşı tətbiq edilən ayrı-seçkilik faciədir” — Ərdoğan

REGİON 05 noy 2022, 09:22
Prezident Rəcəb Tayyib Ərdoğan qadınlara qarşı tətbiq edilən ayrı-seçkilikdən söz açıb.

Ərdoğan Beynəlxalq Qadın və Ədalət Sammitində açıqlamaları ilə diqqət çəkib.

O, hazırda ölkədə qadınlara üçün demokratik mühitin formalaşdığını bildirib:

“Siyasətdə qadınların nisbəti cümhuriyyət tariximizin ən yüksək səviyyəsinə çatıb. Bir vaxtlar ölkəmizdə mövcud olan düşmənçiliyin ən böyük qurbanlarının önündə çox ağır şəkildə qadınlarımız olub. İşləməyə icazə verilməyən qadınlarımızın müasirlik adı altında təqib edilməsi də başqa qəribəlikdi. Onun məktəbdə nə işi var? Qadın olaraq görülən bu deyildimi, çox təəssüf ki, ölkəmizdə bunu illərdir yaşayırıq. Liseylərin qapısından belə götürülməyən, bəzi dövlət qurumlarına ziyarətə belə qəbul edilməyən qadınlarımızın mübarizəsinin şahidiyik. Haqsızlığa məruz qalan qadınlarımızın yaşadıqları faciə ölkəmizin bir dövrünün qara ləkəsi kimi tarixə düşdü”.//“Qafqazinfo” 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top