“Səfirliyin maşını ilə dini şüarlar olan köynəklərin keçirilməsi İranın məkrli siyasətini göstərir”

GÜNDƏM 02 noy 2022, 17:32
“Son zamanlar İran açıq və gizli şəkildə antiazərbaycan fəaliyyətini genişləndirməkdədir. Heç kəsə sirr deyil ki, İran 90-cı illərdə torpaqlarımızın işğal olunmasında Ermənistana gizli formada dəstək vermişdir. Hətta, Şuşanın işğal olunmasında İranın hansı rol oynadığını yaxşı bilirik”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, İran Ermənistanı açıq şəkildə dəstəkləməklə, antiazərbaycan fəaliyyəti ilə məşğul olmaqdadır. 

“Azərbaycan hər zaman yaxın qonşu olaraq İranı dəstəkləyib və  antiiran siyasətinə qoşulmayıb. Biz hazırda İranın açıq-aydın Azərbaycanın qələbəsinə qıcıqlandığını, bölgədə sülhün yaranmasına mane olan konkret hərəkətlərini izləməkdəyik. 

Son günlər DTX tərəfindən ifşa olunan şəbəkənin konkret İran tərəfindən maliyyələşdirilməsi, hətta səfirliyin avtomobili ilə Azərbaycana köynəklərin keçirilməsi, bunların ölkədə paylanmasına cəhdlər və s. bir daha açıq-aydın İranın Azərbaycanla bağlı məkrli siyasətini göstərir. Bu, qəbuledilmızdir və İran hakimiyyəti bu siyasətinə düzəlişlər etməlidir. Düşünürəm ki, İranda da rasional düşünən insanlar mövcuddur. Onlar anlamalıdır ki, bu yeritdikləri antiazərbaycan siyasəti bölgədə destruktiv qüvvələrin canlanmasına gətirib çıxara bilər. Bu isə arzuolunmaz hadisələrə yol aça bilər. Ona görə də, düşünürəm ki, İran mütləq sürətdə Azərbaycanla bağlı məsələlərdə ehtiyatlı olmalıdır. Masa arxasında oturaraq problem gördüyü məsələlər müzakirə olunmalıdır və Azərbaycanın İrana qarşı yürütdüyü siyasətə uyğun xoşməramlı siyasət yeritməlidir”.

Millət vəkili əlavə edib ki, ölkəmizdə İran şəbəkəsi ilə bağlı destruktiv qüvvələr Azərbaycan dövlət xidməti tərəfindən izlənilir:
“Əgər yenə də belə insanlar və təşkilatlar mövcud olacaqsa, hər biri müvafiq orqan tərəfindən zərərsizləşdiriləcək. Azərbaycan daxilində bu kimi agenturaların mövcud olması qəti yolverilməzdir. Düşünürəm ki, bütün bunların qarşısı qəti addımlarla alınmalıdır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top