Partiya sədri: “İlham Əliyev problemin çözülməsi üçün Soçidə yeri gələcəksə, ciddi addımlar atacaq” — VİDEO

GÜNDƏM 31 okt 2022, 19:57
“Azərbaycan ictimaiyyətinin bütün diqqəti Soçiyə yönəlib. Hesab edirəm ki, budəfəki görüş hər zamankı görüşlər səviyyəsində deyil. Bu gün Soçidə bizi çox ciddi sınaq gözləyə bilər”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Reaksiya TV-nin efirində Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

Partiya sədri bildirir ki, nə qədərki rus hərbçisinin ayağı Azərbaycan torpağından çəkilməyib, bizi narahatlıqlar və problemlər gözləyir:

“Əminik ki, Azərbaycan Prezidenti İlham Əliyev problemin çözülməsində bu gün Soçidə yeri gələcəksə, ciddi addımlar atacaq. Təbii ki, Qarabağda baş verən proseslər hər birimizi narahat edir. Əslində, 10 noyabr bəyannaməsindən sonra narahatlıqlarımızı ifadə etmişdik. Həmin gecə rus "sülhməramlı" adı ilə rus hərbçiləri Azərbaycan ərazisinə daxil olan vaxtdan deyirdik. Əvvəl yumşaq formada, dekabrın 1-dən daha sərt formada narahatlıqlarımızı ifadə edirdik. Bu gün narahatlıqlarımız pik həddə çatmaqdadır”.

“Xankəndidə dünən baş verən hadisələr rusların projesidir. Rusların göndərdiyi Ruben Vardanyan guya ki, Rusiya vətəndaşlığından imtina edərək ora gəlib. Əslində, Rusiyanın siyasi rəhbərliyi tərəfindən birmənalı şəkildə Qarabağa göndərilib. Orada Rusiyanın maddi və digər dəstəyini onun əli ilə edirlərO, Rusiya tərəfindən görəvləndirilibdir” - deyə A.Əlizadə vurğulayıb.

Verilişə daha ətraflı aşağıdakı videodan baxa bilərsiniz:

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top