Tanınmış aktyor incəsənət aləmindən küsüb getdi — FOTO

İNCƏSƏNƏT 29 okt 2022, 10:49
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktyoru, parodiyaçı Ceyhun Qurbanov teatrı tərkb edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə onun özü feysbuk səhifəsində yazıb: 

“Mən sevdiyim, həsrət apardığım incəsənət aləmindən getdim. Buna səbəb olanlar bəlkə də nə vaxtsa içinizdə vicdan hissi oyananda məni xatırlayarsınız ki, belə bir istedadlı insanın küsüb getməsinə biz səbəb olduq, biz bais olduq. Son zamanlar mən belə başa düşdüm ki, heç nə göründüyü kimi deyil... Gördüklərimin arasında. 

Əziz Aktyorlar, Aktrisalar kaş biləydiniz sizi mən necə də çox sevirəm. Və sizi sevdiyimə görə də məcburən sevdiyim işimdən ayrıldım.

Haçansa “kubik”lərin arasında, gözəl avazla birini oxuyan görsəniz heyrətlənib məyus olmayın.

Salamat qal TEATR!

Qeyd edək ki, Ceyhun Qurbanov teatrda son ifasını səsləndirdiyini əlavə edib.



Aynurə

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top