Azərbaycanlı proqramçı 27 milyon dollar investisiya aldı

İKT 26 okt 2022, 16:23
Azərbaycanlı proqramçı Qərib Mehdiyevin həmtəsisçisi olduğu “WeTravel” startapı 27 milyon dollar investisiya alıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Milli İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat yayıb.
O bildirib ki, həmyerlimiz həmkarları Yohannes Koeppel və Zaki Prabovo ilə birgə 2014-cü ildə qurduğu bu startap üçün indiyə qədər 7 milyon dollar investisiya alıb. Startapın cəlb etdiyi sonuncu investisiyadan sonra isə məbləğ 34 milyon dollara çatıb.

Qeyd edək ki, xeyli müddət ABŞ-da çalışan startap komandası son illər işləri davam etdirmək üçün daha münbit biznes şəraiti olan Amsterdama köçüblər. Hazırda “WeTravel”ın ABŞ-da, Niderlandda və Azərbaycanda işçi komandası fəaliyyət göstərir.

“WeTravel” startapı səyahət təşkilatçılarına vəsait toplamaq, qlobal ödənişləri gerçəkləşdirmək və logistikanı təşkil etmək üçün müxtəlif alətlər və imkanlar təklif edən onlayn ödəniş platformasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top