Əhaliyə sevindirici XƏBƏR — Maaş və pensiyalar artacaq (VİDEO)

SOSİAL 07 okt 2022, 09:31
Mövcud bahalaşma fonunda hər kəsi bir sual maraqlandırır.

Əməkhaqqları artacaqmı və ya artacaqsa, artım nə qədər olacaq Nazirlər Kabinetində gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd olunub ki, inflyasiya təzyiqi nəzərə alınmaqla 2023-cü il üzrə dövlət büdcəsinin sosial yönlü xərcləri bu illə müqayısədə 9,2% çox nəzərdə tutulub.

Bu isə pensiya və müavinətlərlə yanaşı, maaşların da artması ilə nəticələnəcək.

Yeni ildən maaşlar artacaq, sosial istiqamətlər üzrə də artımlar olacaq. Həmçinin, 2023-cü ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyir ki, Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında növbəti artımlar edilib.

Komitə sədrinin sözlərinə görə, əsas prioritet Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmuş bütün ərazilərimizin bərpasına yönələcək. Büdcədə bu istiqamətdə də vəsaitin artırılması nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top