Rusiyada səfərbərliyə çağırılan gənc ÖZÜNÜ GÜLLƏLƏDİ

REGİON 07 okt 2022, 08:52
Leninqrad vilayətində səfərbər olan 28 yaşlı gənc hərbi hissədə özünü güllələyib. 

Demokrat.az
xarici mediaya istinadla bildirir ki, bu barədə “Zerkalo” Sirena Telegram kanalına istinadən məlumat yayıb.

Hadisə Kamenka qəsəbəsidə baş verib. Həmin şəxs təlim zamanı avtomatla özünə atəş açıb. Bu məlumatı nəşrə bir-biri ilə əlaqəsi olmayan daha iki mənbə təsdiqləyib.

Qeyd olunur ki, bu, artıq müharibəyə hazırlıq zamanı səfərbər edilmiş şəxsin ölümü ilə bağlı təsdiqlənmiş 11-ci hadisədir.

Xatırladaq ki, Sverdlovsk vilayətində səfərbər olan şəxs də intihar edib. Tankların təlim mərkəzinin yeməkxanasında boynunda kəsiklər olan 46 yaşlı kişi meyiti tapılıb.

Uolki təxəllüsü ilə tanınan rusiyalı rep ifaçısı İvan Petuninin Ukrayna ilə müharibəyə getmək istəmədiyi üçün intihar etdiyi də bildirilib. O, 11-ci mərtəbədən özünü atıb. /lent.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top