Ərdoğan-Paşinyan görüşündən nə gözlənilir? — AÇIQLAMA

REGİON 06 okt 2022, 15:39
“Bu təmaslar ilk növbədə Ermənistana lazımdır. Çünki onlar yaxşı başa düşürlər ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində onların Rusiyadan gələn dəstəyi böyük miqdarda azalıb. Təhlükə var ki, Rusiya tamamilə  Ermənistandan öz olan imkanlarından məhrum olsun. Bu baxımdan Türkiyə onlar üçün gələcəkdə olan əsas partnyorlardan biridir”. 

Bu sözləri Demokrat.az-a Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ermənistan Baş naziri Nikol Paşinyanla Avropa Siyasi Topluluğunun Praqada keçiriləcək sammiti çərçivəsində keçiriləcək təkbətək görüşü haqqında danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, Ermənistan bu məsələdə tələssə, daha yaxşı olar:

“Ona görə də, onlar tələsməlidirlər ki, Türkiyə ilə münasibətləri qursunlar. Eyni zamanda biz başa düşməliyik ki, Türkiyənin Ermənistana aid bir neçə ciddi problemləri və iradları var. Həmçinin, Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanla olan münasibətlərin düzəlməsi Ermənistan-Azərbaycanla olan münasibətlərdən asılıdır. Yəni, bu baxımdan hesab edirəm ki, bu görüş əsas maraqlardan irəli gələn bu mühitdə keçəcək. İnanmıram ki, indiki mərhələdə hansısa sənəd ortaya çıxa bilər. Hələlik əsas vasitə sərf olunacaq mövqelərin daha da dəqiqləşdirilməsinə. Yəni, doğrusu hansısa  sənəd gözləmirəm”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top