"Hansı kəndlərin bizdə qalacağı ilə bağlı uzun müzakirələr aparılacaq"— AÇIQLAMA

GÜNDƏM 05 okt 2022, 21:49
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirdi ki, biz Azərbaycan-Ermənistanın delimitasiya komissiyalarının vaxt itirmədən hazırda mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcəyinə ümid edirik.Dövlət başçısı qeydd etdi ki, ümid edirik ki, sərhəd delimitasiyası üzrə müvafiq iki komissiya, Azərbaycan və Ermənistanın komissiyaları da həmçinin vaxt itirməyəcək və iki ölkə arasında əslində mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcək

 Məsələyə münasibəıt bildirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Demokrat.az-a açıqlamasında bildirdi ki, yaxın zamanlarda irəliləyiş olacağını gözləmir.

“Fundamental  problem ondan ibarətdir ki, delimitasiya və demarkasiya prosesi uzun prosesdir. Bugünədək biz Gürcüstanla hələ də onu bitirməmişik, yalnız bu məsələnin 70 faizi bitib. Ona görə də, bu prosesin uzun çəkəcəyinə hazır olmalıyıq.Ümumiyyətlə, delimitasiya siyasi, diplomatik prosesdir. İki tərəf sərhədlərin haradan keçməsiylə bağlı razılaşır. Bu gün müxtəlif xəritələr var. 20-ci illərin, 90-cı illəriin və s. Yəni, hansı kəndlərin bizdə qalacağı ilə bağlı uzun müzakirələr aparılacaq. Hətta, Qazax rayonun anklavları var və bu məsələ də gündəmdədir. Bu gün onlar da işğal altındadır və bu da çox vacib fundamental məsələdir. Təbii ki, Ermənistan bizə qarşı müəyyən iddiaları da nəzərə alsaq, bu prosesin yaxın vaxtlarda bitəcəyinə inanmaq çətindir. Təbii ki, bu proses başlayacaq və davam olunacaq. Onu da qeyd edim ki, bu prosesə ən çox təsir edən iki ölkə arasında olan mühitdir. Yəni, yaxın gələcəkdə hər hansı təxribatlar olacaqmı? Toqquşmalar olacaqmı? Ən əsas məsələ sülh sazişi imzalanacaqmı? Əgər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımırsa, delimitasiyanı həyata keçirtmək mümkün deyil. Söhbət getmir ki, sərhədboyu ərazini tanısın və desin ki, bu sənin ərazindir. Sonra  da desin ki, 100 km-ə qədər  olan ərazini tanımıram. Belə heç vaxt olmayıb. Dünya ölkəsində ölkələr bir-birilə təbii ki, diplomatik əlaqələr qurmalıdır. Bir-birilə ərazi bütövlüyünü tanımalıdır. Belə olan şəraitində sülh sazişi imzalanmalıdır. Paşinyan deyir ki, biz sizin ərazi bütövlüyünüzü 1991-ci ildə tanımışıq. Amma xarici işlər nazirləri, diplomatlar qeyd edirlər ki, 91-ci ildə “Dağlıq Qarabağ Respublikası” müstəqlillik əldə edib. Yəni, bu məsələlər ilk növbədə həll olunmalıdır. Ondan sonra delimitasiya məsələsi üçün müsbət mühit yaranacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top