Zelenski: "Ukrayna Ordusu sürətlə irəliləyir — onlarla yaşayış məntəqəsi azad edilib"

DÜNYA 05 okt 2022, 09:57
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Ordusu hazırkı müdafiə əməliyyatı çərçivəsində Ukraynanın cənubunda kifayət qədər sürətli irəliləyiş əldə edib.

Prezident qeyd edib ki, bir həftə ərzində onlarla yaşayış məntəqəsi azad edilib. Bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib.

“Bu gün cəbhə xəttindən xoş xəbərimiz var. Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində onlarla yaşayış məntəqəsi azad edilib. Xerson vilayətində Lyubimovka, Xreşenivka, Zolotaya Balka, Belyaevka, Ukrainka, Aleksandrovka, həmçinin Davidov Brod yaşayış məntəqələri azad edilib. Və bu, hələ tam siyahı deyil. Əsgərlərimiz dayanmır. İşğalçını bütün torpaqlarımızdan qovmağımız isə an məsələsidir", - dövlət başçısı bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top