Məktəblilərə ehsan adıyla konfet kağızının paylanması iddiasına DİN-dən REAKSİYA — YENİLƏNİB (AUDİO/FOTO)

SOSİAL 04 okt 2022, 17:16
Məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb.

Bu barədə Oxu.Az-a DİN-dən məlumat verilib.

“Aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib. Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. Daha sonra guya “narkotik”in məktəbin ətrafında tanımadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məşhurlaşmaq üçün yayıb.

Sonda valideynlərdən sosial şəbəkələrdə və “whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik”, - deyə qurumdan bildirilib.



16:32

Paytaxt məktəblərində dərs çıxışı zamanı şagirdlərə narkotik tərkibli həblərin paylanması iddia olunur.


Bununla bağlı “Vatsap” qrupunda məlumat yayılıb. Bildirilib ki, konfet formasında olan bu həblər uşaqlara qara çadralı qadın tərəfindən “şəhid ehsanı” adı ilə paylanılır.

İddialara görə belə bir hal bu günlərdə Günəşli qəsəbəsində yerləşən məktəblərdən birinin qarşısında baş verib. Qara hicablı qadın konfeti şagirdə uzadıb.

Məktəbli götürmək istəməsə də, təkidlə əlinə tutuşdirib və “şəhid ehsanıdır, ruhu səndən inciyər” deyə götürmək üçün israr edib. Uşaq konfeti götürsə də, yeməyib və evə gətirərək anasına verib. Ana içərisindəkinin tərkibindən şübhələndiyi üçün ərazidəki polis şöbəsinə yaxınlaşıb. Hazırda məsələ araşdırılır.

Məlumat “Vatsap” qrupunda yayıldığı üçün valideynlər arasında ciddi narahatlıq başlayıb.

Məsələ Daxili İşlər Nazirliyində araşdırılır. /Bizim.media

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top