“Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinin heç bir hüquqi qüvvəsi yoxdur”— Quterreş

DÜNYA 29 sen 2022, 23:55
Prezident Putin sabah Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsi haqqında qərarını elan edəcək.

Bu məlumat dünyada ciddi rezonans doğurub. BMT xəbərdarlıq edib ki, bu addım “gərginliyin təhlükəli həddi”dir.

“Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaparojye vilayətlərinin birləşdirilməsi haqqında istənilən qərarın heç bir hüquqi qüvvəsi yoxdur və pislənməlidir”-deyə BMT-nin Baş katibi Qutteraş bəyan edib.

ABŞ-ın dövlət katibi Blinken bildirib ki, Rusiyanın təşkil etdiyi səsvermə Ukrayna ərazilərinin işğal edilməsini uğursuz masakalamaq cəhdidir.  Türkiyə prezidenti Ərdoğan Putini Ukraynada gərginliyin azaldılması üçün addım atmağa çağırıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top