Gündəm

"Ermənistan Azərbaycan qüvvələri ilə üz-üzə gəlib onları məğlub etməyə hazırlaşır" — Arakel Martikyandan sərsəm açıqlama

Ermənistan Azərbaycan qüvvələri ilə üz-üzə gəlib onları məğlub etməyə hazırlaşır — Arakel Martikyandan sərsəm açıqlama

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Arakel Martikyan açıqlama verərək absurd fikirlər səsləndirib.

Arakel Martikyan Ermənistan Ordusunun yeni hücum gözlədiyini, Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlib qələbə qazanmağa hazırlaşdığını deyib.

"Ermənistan Silahlı Qüvvələri yeni hücum gözləyir və Azərbaycan qüvvələri ilə üz-üzə gəlməyə və onları məğlub etməyə hazırlaşır", - Arakel Martikyan deyib.

Arakel Martikyanın daha sonra dediklərinin sıralaması:

*Azərbaycan Vardenis istiqamətində strateji baxımdan önəmli olan bir neçə döyüş mövqeyini ələ keçirə bilib".

"Ən böyük ərazi itkiləri Cermuk istiqamətində olub".

"İtirdiyimiz ərazilər taktiki baxımdan o qədər də vacib deyil, amma strateji baxımdan önəmlidir: Onlar düz bizim yaşayış məntəqələrimizin üstündə yerləşir".

"Hazırki vəziyyətdə düşmən yollarımıza, marşrutlarımıza müəyyən nəzarət yarada bilib".

D
demokrat.az