Hindistan Ermənistana 245 milyon dollarlıq silah göndərir

DÜNYA 29 sen 2022, 12:10
Hindistan Ermənistanla çoxlu sayda raket, reaktiv mərmi və sursatların ixracına dair müqavilə imzalayıb.

“Economic Times” xəbər verir ki, müqavilə bu ayın əvvəlində iki ölkənin hökumətləri arasında imzalanıb.

Müqavilələrin ümumi məbləği tam olaraq açıqlanmasa da, yaxın aylarda Ermənistana təqribən 245 milyon ABŞ dolları məbləğində silah göndəriləcək.

O da qeyd olunub ki, Hindistan ilk dəfə olaraq “Pinaka” çoxlüləli reaktiv atış qurğularını ixrac edəcək, hansı ki, bu qurğular Hindistan ordusunun arsenalında yer alır (APA).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top