Böyük Britaniya Ukraynanın şərqində keçirilmiş “referendum”ları tanımayacaq

DÜNYA 28 sen 2022, 23:33
Böyük Britaniyanın Baş naziri Liz Trassla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş verib.

Demokrat.az xəbər verir ki, L.Trass Rusiyanın Ukraynada keçirdiyi saxta referendumlar fonunda Böyük Britaniyanın davamlı dəstəyini vurğulayıb.

O, bildirib ki, ölkəsi Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini tanımayacaq.

Ukraynanın Böyük Britaniyanın dəstəyinə arxalana biləcəyini bir daha vurğulayıb.

Prezident Zelenski Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.

Liz Trass Ukraynanın Şərqində Rusiya tərəfindən saxlanılan beş Böyük Britaniya vətəndaşının azad edilməsində gördüyü işlərə görə prezident Zelenksiyə təşəkkür edib.

Zamiq
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top