Türkiyədə törədilən terror aktından sonra 22 nəfər tutulub

REGİON 28 sen 2022, 22:00
Türkiyənin Mersin vilayətinin Mezitli rayonunun Deniz məhəlləsində yerləşən Polis Evində terror aktından sonra saxlanılan şübhəlilərin sayı artıb.

Demokrat.az
-ın Türkiyə mediasına istinadən xəbərinə görə, polis evinə hücumdan sonra Terrorla Mübarizə Şöbə Müdirliyinin qrupları terrorçularla əlaqəsi olduğu ehtimal olunan şəxslərə qarşı əməliyyat keçirib. 

Əməliyyat nəticəsində 22 nəfər saxlanılıb.

Qeyd edək ki, sentyabrın 26-da Türkiyə vaxtı ilə 22:42 radələrində Polis Evini mühafizə edən polis əməkdaşlarına silahlı hücum olub. Nəticədə iki qadın terrorçu ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib. İlkin məlumata görə, yaralı halda ələ keçəcəklərini düşünən qadın terrorçular özlərini partladıblar. Terror nəticəsində polis əməkdaşı Sedat Gezer həyatını itirib, biri polis olmaqla 2 nəfər yaraanıb.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top