İran şahının həyat yoldaşı polisə və orduya müraciət etdi: "Ana kimi xahiş edirəm, dayanın!"

REGİON 28 sen 2022, 14:20
İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi ölkədə baş verən son etirazlarla bağlı müraciət edib. 

Demokrat.az
bildirir ki, şahbanu öz müraciətində Məhsa Əminin qətlini pisləyib və başsağlığı verib: “Bu dastanınızı  həyəcan və ümidlə saat-saat izləyirəm. Məhsa Əmininin və onlarla başqa şəhidin qətlə yetirilməsi, azadlıq uğrunda mübarizə aparan soydaşlarımın  öldürülməsi və yaralanması ürəyimi parçalayır. Bu dəhşətli hadisələrdən sağ çıxanların hamısına dərin hüznlə başsağlığı veririk”.

Fərəh Pəhləvi İranda keçirilən etiraz aksiyalarını dəstələdiyini açıqlayıb: “Mən İranın ayağa qalxdığını görürəm və sənin şücaətini və fədakarlığını fəxr edirəm”.

Şahbanu İranın BƏSİC dəstələrinə, polisə, orduya müraciət edərək zorakılığı dayandırmağa çağırıb: “Mən bir ana kimi bütün polis qüvvələrinə, orduya, bəsic qüvvələrindən xahiş edirəm. Əllərini daha çox öz ölkəsinin gəncliyinin qanına bulaşdırmasınlar”. /azpost
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top