“Media Reyestri jurnalistlər üçün geniş imkanlar açacaq”

MEDİA 27 sen 2022, 17:21
“Media haqqında” qanun və onun tələbindən irəli gələn Media Reyestri hüquqi platformadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, hüquqi dövlətdə heç bir sahə, o cümlədən media sektoru hüquqi tənzimləmələrdən kənarda qala bilməz:

“Media Reyestrinin aparılması qaydalarının müəyyənləşdirilməsinə və tətbiqinə bütün media subyektləri və jurnalistlər üçün bərabər imkanlar, rəqabət mühiti yaradan platforma kimi yanaşmaq lazımdır. Jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında aparılacaq. Media subyektləri də onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaqlar. Media Reyestrinə daxil olmaq həm jurnalistlər, həm də media subyektləri üçün bir sıra istiqamətlərdə, xüsusilə də sosial və digər güzəştlərdən faydalanmaq baxımından daha geniş imkanlar açacaq. Reyestrə daxil olmaqla, media subyektləri müvafiq peşə standartlarına cavab verdiklərini, medianın klassik və modern institutlarının əks olunduğu bir müstəvidə çalışdıqlarını, yəni peşəkar fəaliyyətlərini ortaya qoyacaqlar. Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top