“Şuşaya ilk olaraq qəzalı binalarda yaşayanlar köçürüləcək” — Bayram Səfərov

QARABAĞ 27 sen 2022, 12:16
“Artıq Şuşada yaşayış binasının tikintisinə başlanıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur”.

Demokrat.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov deyib.
O bildirib ki, burada əhali ilə Şuşa Rayon İcra Hakimiyyəti işləyir.

“Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, - icra başçısı qeyd edib.

O, Şuşa RİH-in binasının Şuşaya nə zaman köçürülməsi məsələsinə də münasibət bildirib. Bayram Səfərov qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-in binası o zaman Şuşaya köçürüləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top