"Xameneyi rejimi tab gətirəcəkmi?..." — İran Müdafiə Nazirliyinin keçmiş əməkdaşı ilə müzakirə (VİDEO)

REGİON 26 sen 2022, 23:53
İranı yenidən kütləvi etirazlar bürüyüb.

Çadranı düzgün taxmadığı üçün saxlanılan 22 yaşlı Mahsa Əmininin polis məntəqəsində döyülməsi nəticəsində ölməsindən hiddətlənən qəzəbli nümayişçilər Ali dini lider ayətullah Xameneyinin iqamətgahına hücum ediblər. İranda hökm sürən dərin iqtisadi böhan və sosial gərginlik, habelə Cənubi Azərbaycanda milli özünüdərkin yüksəlişi siyasi gərginliyi artırır. Hazırda İranda nə baş verir?

Bu etirazlar hakim rejimin çöküşünə gətirib çıxara bilərmi? Teoratik rejim tab gətirə biləcəkmi? Bütün bu suallar ətrafında haqqin.az ın Bakı studiyasında İran Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, beynəlxalq hüquq üzrə professor və İran siyasətinə dair 15 kitabın müəllifi, BBC və “Amerikanın səsi” radiostansiyalarının fars xidmətlərinin məsləhətçisi Reza Talebi ilə birbaşa efirdə müzakirə.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top