İranda daha bir jurnalist HƏBS EDİLDİ

REGİON 24 sentyabr 2022, 00:21
İranda "Şərq" qəzetinin müxbiri Nilufər Hamidi də saxlanılıb.

Publika.az “Şərq” qəzetinə istinadla verdiyi xəbərə görə, İranın ictimai qəzeti olan “Şərq” qəzetinin müxbiri Nilufər Hamidi bu gün səhər saatlarında öz mənzilində həbs olunub.

Xanım Hamidinin vəkili məsələnin araşdırldığını bildirib.

Həmçinin, bu səhər iranlı jurnalistlər Əlirza Xoşbəxt, Ruhullah Nəxayi və islahatçı siyasi fəal Məhəmmədrza Cəlaipur da həbs edilib. Bundan əvvəl fotoqraf Yəlda Moiri də həbs edilib.

Qeyd edək ki, İranın müxtəlif şəhərlərində Məhsa Əmininin öldürülməsinə qarşı xalq etirazlarının yayılması ilə ölkənin hakimiyyət orqanları bir çox bölgələrdə interneti kəsib, "İnstagram" və "WhatsApp"ı bloklayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top