Avropada erməni terroru yenidən baş qaldırıb

SOSİAL MEDİA 20 sen 2022, 16:22
"Görünən odur ki, Avropada yenidən erməni terroru baş qaldırıb. Son günlərdə ayrı-ayrı ölkələrdə Azərbaycan səfilriklərinə qarşı erməni vandallarının hücum etməsi və diplomatik nümayəndəliklərimizə ciddi ziyan vurulması, orada çalışan əməkdaşların həyatı üçün təhlükə yaranması belə deməyə əsas verir".

Demokrat.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov səsləndirib. O bildirib ki, diplomatiya və hərb cəbhəsində biabırçı məğlubiyuyətlə üzləşən Ermənistan dövləti xaricdəki lobbi adı altında fəaliyyət göstərən terrorçu qruplaşmalarına hərəkətə keçmək tapşırığı verib: "Hazırda Avropada, eləcə də dünyanın digər ölkələrində yaşananlar bizə 1970-90-ci illərdə Avropada türk diplomatlarına qarşı ASALA tərəfindən həyata keçirilən terror aktlarını xatırladır. Göründüyü kimi ASALA yenidən aktivləşib".

Arzuman Abdulkərimov təəssüf hissi ilə qeyd edib ki, dünyada, xüsusilə də Avropada erməni terrorizminin fəallaşması, ASALA-nın aktiv mövqe ortaya qoymasını ayrı-ayrı ölkələr səssizliklə qarşılayır: "Nəinki ona qarşı addımlar atır, hətta erməni terrorçuların diplomatik nümayəndəliklərə hücumlarına belə seyrici mövqe nümayiş etdirirlər. Diplomatik nümayəndəliklərin mühafizəsini təşkil etmək əvəzinə erməni vandallarının səfirliyimizə hücumunu kənardan izləməklə işlərini bitmiş hesab edirlər. Bir müddət əvvəl Böyük Britaniya, bu günlərdə isə Fransadakı Azərbaycan səfirliklərinə hücumların fonunda bunu aydın şəkildə gördük".

Arzuman Abdulkərimov sonda onu da qeyd edib ki, biz də dövlət və xalq olaraq bu məsələlərə seyrci qalmamalı, bu vəhşi qəbilənin cavabını adekvat şəkildə verməliyik: "Necə deyərlər, gələcəkləri varsa, görəcəkləri də olacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top