Erməniləri hücumlara kim cəsarətləndirir? — VİDEO

GÜNDƏM 19 sen 2022, 17:52
“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər etdi, Azərbaycanı, Türkiyəni günahlandıran açıqlamalar verdi, Ermənistana hərbi yardım məsələsi müzakirə edildi. Bu kimi hadisələr Ermənistan və erməni diasporunu Azərbaycan səfirliklərinə hücuma cəsarətləndirir”.

Bunu Baku TV-yə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev ermənilər tərəfindən dünyanın bir çox ölkələrində səfirliklərimizə hücum edilməsindən danışarkən deyib.

“Onlar düşünürlər ki, Ermənistan tərəfi bizə istədiyi kimi hücum edəcək və biz bunu cavabsız qoyacağıq. Bu, beynəlxalq hüquqa qarşı böyük hörmətsizlikdir”, - deyə C.Vəliyev əlavə edib.

Ətraflı süjetdə:


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top