Sərhəddə münaqişə: 37 qırğız HƏLAK OLDU

DÜNYA 18 sen 2022, 10:57
Qırğızıstan-Tacikistan sərhədində silahlı qarşıdurmalar zamanı 37 Qırğızıstan vətəndaşı həlak olub, 129 nəfər isə yaralanıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Tərəflər arasında toqquşmalar Batken və Leylek bölgələrində qeydə alınıb.

Tacikistan tərəfinin Qırğızıstanı tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları və digər silahlarla atəşə tutduğu bildirilir. 

Tacikistan Daxili İşlər Nazirliyi açıqlayıb ki, Qırğızıstan Silahlı Qüvvələri sentyabrın 16-da PUA-larla məscid də daxil olmaqla mülki infrastruktur obyektlərinə zərbələr endirib. Hücumlarda 10-dan çox mülki şəxs ölüb, 15-dən çox insan yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top