Si Tszinpin: ÇXR və Azərbaycan ticarət həcmini artırmalı və onun strukturunu optimallaşdırmalıdır

SİYASƏT 16 sen 2022, 17:34
Çin və Azərbaycan ikitərəfli ticarətin həcminin artırılması və onun strukturunun optimallaşdırılması üçün tədbirlər görməlidir. Bu barədə ÇXR sədri Si Tszinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bildirib.

"İki tərəf ticarətin həcmini artırmalı, onun strukturunu optimallaşdırmalı, Çin-Avropa mal qatarları ilə daşımaların həcmini artırmalı və beynəlxalq tədarük zəncirlərinin fasiləsizliyini təmin etməlidir", deyə TASS ÇXR XİN-ə istinadla məlumat yayıb.

"Çin həmçinin regional təhlükəsizliyin və sabitliyin birgə təmin edilməsi, inkişaf və çiçəklənmə üçün üçün Azərbaycanın ŞƏT-lə əməkdaşlığının genişləndirilməsini alqışlayır", deyə ÇXR sədri qeyd edib. Si Tszinpin həmçinin bidlirib ki, Çin və Azərbaycan humanitar mübadilələri fəallaşdırmalıdır.

Öz növbəsində, Əliyev bildirib ki, Azərbaycan və Çin əsl strateji tərəfdaşlardır və hər iki tərəf beynəlxalq məsələlərdə sıx əlaqə saxlayır, ikitərəfli əməkdaşlıq isə daim inkişaf edir.

O qeyd edib ki, Azərbaycan vahid Çin siyasətinə sadiqdir, Çini milli suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün müdafiəsində dəstəkləyir, Çinin daxili işlərinə müdaxiləyə gətirib çıxaran istənilən əməllərə qətiyyətlə qarşı çıxır və Pekini strateji maraqlarının müdafiəsində dəstəkləyir.

Azərbaycan tərəfi Çinin təklif etdiyi qlobal təhlükəsizlik təşəbbüsünü və qlobal inkişaf təşəbbüsünü dəstəkləyir və Çin tərəfi ilə birlikdə "Bir zolaq, bir yol"u fəal şəkildə tikməyə hazırdır. /Turan

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top