Hacı Şahin şəhidlərin dəfnində dini şüar səsləndirənlərə münasibət bildirib — VİDEO

SOSİAL 15 sen 2022, 16:03
"İmam Hüseyn (ə) Azərbaycan xalqı üçün məzhəbindən asılı olmayaraq əziz bir şəxsiyyətdir. İmam Hüseyn və Kərbəla mövzusu ayırıcı deyil, birləşdirici mövzudur".

Demokrat.az
xəbər verir ki, bu sözləri REAL TV-yə açıqlamasında “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib.

QMİ nümayəndəsi əlavə edib ki, kimsə bu mövzudan sui-istifadə edib təxribat salırsa, İmam Hüseyn məramlarına zidd addım atır: "Azərbaycanın bir çox bölgələrində belə bir ənənə var ki, gənc bir insan dünyasını dəyişəndə İmam Hüseyn yad olunur, Ya Hüseyn şüarı səsləndirilir. Hətta fərqli məzhəblərin yaşadığı bölgələrdə də bu baş verir. Bunun heç bir xarici dövlətlə əlaqəsi yoxdur. Bu, Azərbaycan xalqının ənənəsidir.

Dini ayinlər dəfn mərasimində tam şəkildə icra olunur. Müdafiə Nazirliyinin əməkdaşları da buna şərait yaradır. Cənazə namazları bir çox halda Şəhidlər Xiyabanında qılınır. Dəfn prosesləri tam şəriət qaydalarına uyğun şəkildə həyata keçirilir.

Eyni zamanda bildirmək istəyirəm ki, hər şey yerində olmalıdır. Şəhid valideynlərinin də razılığı olmalıdır. Paralel şəkildə hər bir şey uzlaşdırılmalıdır.  Milli şüarlarla dini şüarlar qarşı-qarşıya qoyulmamalıdır".
 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top