Türkiyəli məşhurlardan AZƏRBAYCANA BAŞSAĞLIĞI — FOTO

SOSİAL 14 sen 2022, 14:38
Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Düşmən qüvvələrinin diversiya qrupları qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. 

Demokrat.az
baku.ws-ə istinadən xəbər verir ki, yaranan vəziyyətin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Bir çox yerli məşhurlar həlak olan hərbçilərimizin foto və videolarını paylaşaraq ailələrinə və yaxınlarına başsağlığı verib. Şəhidlərimizə başsağlığı verənlər arasında türkiyəli tanınmışlar da yer alıblar. Onlar bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlar ediblər.

Demokrat.az türkiyəli tanınmışların sözügedən paylaşımlarını təqdim edir:

Türkiyəli müğənni Hadise 

"Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Azərbaycana başsağlığı verirəm".



 Türkiyəli müğənni Demet Akalın

"Azərbaycan. 50 şəhid. Başınız sağ olsun".



Türkiyəli müğənni Özcan Deniz

"Can Azərbaycan, başın sağ olsun. Kədərini paylaşırıq və şəhidlərimizə rəhmət, Azərbaycan xalqına səbir diləyirik".



Türkiyəli aktyor Şahan Gökbakar bayrağımızın fotosunu ürək emojisi ilə paylaşaraq Azərbaycana dəstəyini ifadə edib.



Türkiyəli aktyor Mert Öcal

"Başınız sağ olsun, Azərbaycan" 



Türkiyəli müğənni və aparıcı Oğuzhan Uğur da aktyor Şahan Gökbakar kimi bayrağımızı paylaşaraq ölkəmizə dəstək olub.


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top