İstanbulda silahlı atışmada yaralanan azərbaycanlıların adları AÇIQLANDI

HADİSƏ 12 sen 2022, 13:57
İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində dünən, 11.09.2022 tarixində axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

Bu barədə Demokrat.az-a Azərbaycanın İstanbuldakı Baş konsulluğundan xəbər verilib.

Konsulluq yaralı həmyerlilərimizin adlarını açıqlayıb:

1. Rakif Əliyev

2. Mahrec Kərimov

3. Azər Amanov

4. Qulam İbrahimov

“Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, - qeyd olunub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top