Antalyada meşə yanğını başladı

REGİON 11 sen 2022, 19:38
Türkiyənin Antalya bölgəsində növbəti dəfə meşə yanğını baş verib.

Hadisə bölgənin Kumluca rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə qeydə alınıb.

Ortaköy məhəlləsi Taşlıçay səmtindəki evlərin və istixanaların yaxınlığındakı meşə sahəsində başlayan yanğının səbəbləri hələ ki, məlum deyil.

Antalya Meşə Region Müdirliyinin müvafiq qrupları bölgəyə göndərilib.

Alova havadan və yerdən müdaxilə edilir.

Xilasedicilər yanğını nəzarət altına almağa çalışırlar.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top