Evdə tiryəkxana təşkil edən qadın saxlanıldı

KRİMİNAL 11 sen 2022, 15:13
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə tiryəkxana təşkil edən Günay Məmmədova saxlanılıb.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər - Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb ediliblər. Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top