Daha 26 dövlət müəssisəsi hərraca çıxarılır

BİZNES 10 sen 2022, 16:28
Oktyabrın 4-11-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə hərracları keçiriləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, oktyabrın 4-də keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi, 11 oktyabrda təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətin səhm paketi, 10 kiçik dövlət müəssisəsi və 15 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 %-ni təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: ( //bit.ly/3mmNVpB )

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top