Arzu Nağıyev: “Bu gün ölkədə yeni bir siyasi konfiqurasiya və siyasi sistem yaranıb”

DAXİLİ SİYASƏT 08 sen 2022, 15:52
“Bu gün  ölkəmizdə“Siyasi partiyalar haqqında” yeni qanunun işlənməsi zərurəti yaranmışdır. Çünki "Siyasi partiyalar haqqında" qanun Azərbaycanda 1992-ci ilin iyun ayında qəbul edilmişdir. Bu gün ölkədə yeni bir siyasi konfiqurasiya, siyasi sistem yaranıb. Məhz buna görə də Milli Məcilis tərəfindən lazımi addımların atılması zəruridir. Bildiyiniz kimi, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Artıq qanun layihəsinin ilkin variantı Milli Məcilisin saytında dərc olunub”.

Bu sözləri Demokrat.az-a açıqalamasında Milli Məclisin Arzu Nağıyev  deyib. Deputat yeni qanun layihəsinin beynəlxalq təcrübə nəzərə alınaraq hazırlandığını bildirib:

“Qanun layihəsi hazırlanarkən bütün beynəlxalq konvensiyalar, Venesiya Komissiyasının tövsiyələri, o cümlədən 20-dən artıq ölkənin təcrübəsi nəzərə alınıb. Yeni qanun layihəsi sentyabrın 28-də ictimai müzakirəyə çıxarılacaq. Siyasi partiyaların, ekspertlərin fikir və təklifləri öyrəniləcək və qanun layihəsi təkmilləşdiriləcək. Buna görə də, düşünürəm ki, bu çox zəruri məsələlərdir. Siyasi partiyalar haqqında yeni qanun layihəsinin qəbul edilməsi mühüm məsələdir. Bu da Azərbaycanın siyasi həyatında məhz siyasi partiyaların öz yerini tutması, öz yerinin olması məsələsi mütləq şəkildə qanunla tənzimlənməlidir. Qəbul ediləcək bu qanun çox mühüm bir sənəddir”.

Aynurə Pənahqızı
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top