“Narkomanların” küçə sərgüzəştləri: DİN araşdırmalara başladı

HADİSƏ 05 sentyabr 2022, 14:46
Dünəndən etibarən sosial şəbəkələrdə narkotik vasitə çəkdiyi iddia olunan şəxslərin videogörüntüsü yayılıb. 

Müxtəlif yerlərdə videoya çəkilən şəxsin özünü idarə edə bilmədiyi, ayaq üstə dayanmaqda çətinlik çəkdiyi görünür. Sosial şəbəkələrdə həmin şəxsin narkotik vasitə qəbul etdiyindən dolayı bu hala düşdüyü yazılıb.

Bəzi “Facebook” istifadəçiləri isə bunun sosial çarx olduğunu və "TikToker" tərəfindən çəkildiyini bildirib.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, məsələ araşdırılır:


"Araşdırmalarla məlum olub ki, video sosial məqsədlə çəkilib. Amma bizdən bununla bağlı icazə alınmayıb, məlumatsız olmuşuq. Biz icazə verərikmi belə bir şey çəkilsin? Məsələ araşdırılacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top