Bakıda taksi sürücüsü qəza törətdi, xəsarət alan var — FOTO

HADİSƏ 05 sen 2022, 09:04
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Demokrat.az APA-ya istinadən bildirir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında baş verib.

Belə ki, yol kənarında dayanan sərnişin taksi fəaliyyəti ilə məşğul olan sürücüyə məxsus "Toyota Prius" markalı avtomobili saxlamasını xahiş edib.

Eyni istiqamətdə hərəkətdə olan digər eyni markalı maşının sürücüsü dayanan avtomobilə çırpılıb.

Sonuncuda olan sürücü zərbənin təsirindən xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtoekspertiza təyin edilib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top